SON XƏBƏRLƏR

Əli Şəmxani: “Amerika İranı parçalamaq istəyir”

2021.10.20, 07:36
Əli Şəmxani: “Amerika İranı parçalamaq istəyir”

Gunaz.tv

GünAzTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani dekabrın 19-da Əhvaz şəhərində keçirilən bir tədbirdə Amerikanın İrana qarşı sanksiyalar strategiyasından, Vaşinqtonun İranı parçalamaq niyyətindən və İranın buna qarşı münasibətindən danışıb.

 

Şəmxani bildirib ki, İran milləti Amerikanı və onun prezidentini İrana qarşı qurduqları bütün planlarına görə məyus edəcək: “Vaxtilə Səddam Hüseyn də fikirləşirdi ki, bir həftə ərzində İranın Xuzistan əyalətini işğal edəcək və əyalətin əksəriyyətini yerli ərəblər təşkil etdiyinə görə onu gül-çiçəklə qarşılayacaqlar. Lakin bu gün, onun öz məqbərəsi üçün bircə dənə qaravolçusu da yoxdur və İraq artıq şiələrlə İranın ixtiyarındadır.

 

Bu gün, Amerika İranın ərazi bütövlüyünə qarşı çıxır, Aralıq və Qırmızı dənizdə təsirli varlığı olan İranı zəiflədərək parçalamaq niyyətindədir. Lakin hesab edirəm ki, biz daxili imkanlarımıza söykənməklə Amerikanın iqtisadi təzyiqlərinin altından çıxa bilərik. ABŞ prezidenti Tramp, nüvə sazişi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı və bütün şərtləri pozdu. Biz isə düşünürəm ki, islam respublikasını təslim olmağa vadar etmək və ölkəmizdə dəyişiklik yaratmaq məqsədilə Amerikanın bizə qarşı tətbiq etdiyi sanksiyalar strategiyasının qarşısında dayanmalı və onu məyus etməliyik”.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar