SON XƏBƏRLƏR

Əli Şəmxani: “Beynəlxalq sularda törədilən şər əməllər cavabsız qalmayacaq”

2021.10.20, 07:36
Əli Şəmxani: “Beynəlxalq sularda törədilən şər əməllər cavabsız qalmayacaq”

Gunaz.tv

GünazTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani oktyabrın 12-də jurnalistlərə açıqlamasında ölkəsinin Qırmızı dənizdə üzən “Sabiti” neft tankerində baş verən partlayışlardan və gəmiyə qarşı naməlum raket hücumlarından danışıb.

 

Şəmxani deyib ki, İranın Milli Neft Şirkətinə məxsus “Sabiti” tankerinə qarşı törədilən təxribat və onun amillərinin müəyyən edilməsi üçün aparılan araşdırmalar davam edir: “Ticari gəmilərin sərbəst hərəkətinə və onların təhlükəsizliyinə xələl gətirmək üçün beynəlxalq sularda  baş verən şər əməllər və dəniz quldurluğu kimi hallar cavabsız qalmayacaq.

 

Qırmızı dənizdə Səudiyyə Ərəbistanı sahillərinə yaxın bir məkanda “Sabiti” neft tankerinin iki raketlə vurulması məsələsini araşdırmaq üçün özəl bir komitə yaradılıb. BU komitənin məsələ ilə bağlı hesabatı tezliklə ölkə məsullarına təqdim ediləcək və onlar həmin hesabatla tanış olduqdan sonra bu barədə qərar verəcəklər.

 

Neft tankerimizə qarşı hücumla bağlı mövcud video lentlərin və toplanmış digər informasiyaların araşdırılmasından sonra bu təhlükəli və macəraçı addımın əsas səbəbkarlarının müəyyən edilməsi üçün ipucları tapılıb və məsələ hazırda araşdırılır” –deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani əlavə edib.

 

 

Qeyd edək ki, oktyabrın 11-i, saat 05:00-da və 05:20 radələrində Səudiyyə Ərəbistanının Ciddə limanı yaxınlığında İrana məxsus “Sabiti” neft tankerində iki güclü partlayış baş verib. İranın bəzi hökumət saytları partlayışların Səudiyyədən atılan raket nəticəsində baş verdiyini iddia edirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar