SON XƏBƏRLƏR

Əli Şəmxani: “Əsəluyə neft təsisatına qarşı planlaşdırılmış hücum zərərsizləşdirilib”

2021.10.20, 07:36
Əli Şəmxani: “Əsəluyə neft təsisatına qarşı planlaşdırılmış hücum zərərsizləşdirilib”

Gunaz.tv

GünAz TV: İranın Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şəmxani ölkənin təhlükəsizlik qüvvələrinin Əsəluyə neft təsisatına qarşı “planlaşdırılmış hücum”un zərərsizləşdirildiyini bəyan edib.

 

O, bu hücumun kim tərəfindən planlaşdırıldığı və qarşısının nə vaxt alındığını açıqlamayıb.

 

“Düşmən Əsəluyəyə hücum etməklə, Yəmən Ənsərullahının Səudiyyə Ərəbistanının neft təsisatına qarşı həyata keçirdiyi hücumun əvəzini çıxmaq istəyirdi”, - deyə Şəmxani əlavə edib.

 

Əli Şəmxaninin işarə etdiyi hadisə sentyabrın 14-də husilərin Səudiyyə Ərəbistanının neft təsisatlarına qarşı həyata keçirdiyi raket hücumudur. Rəsmi Ər-Riyad Tehranın hücumda əli olduğunu bildirir.

 

Amerika Birləşmiş Ştatlarının rəsmiləri isə hücumun 10 qanadlı raket və 20-dən artıq pilotsuz uçan aparatdan istifadə edilməklə, İran ərazisindən həyata keçirildiyini bəyan edir.

 

Əli Şəmxani iddia etdiyi hücum planının icra tarixinin etirazlar zamanı olub- olmaması ilə bağlı heç bir açıqlama verməyib. Lakin noyabrın 21-də İran hökumətinin sözçüsü Əli Rəbii bir qrup etirazçı insanın Əsəluyə neft təsisatına hücum etdiyini bildirmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar