SON XƏBƏRLƏR

Əli Şəmxani: “İran hər hansı bir mümkün hücuma kəskin cavab verəcək”

2021.10.20, 07:36
Əli Şəmxani: “İran hər hansı bir mümkün hücuma kəskin cavab verəcək”

Gunaz.tv

GünazTV: İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani sentyabrın 18-də jurnalistlərə açıqlamasında Amerika və onun regional müttəfiqlərinin ölkəyə mümkün hücumundan danışıb.

 

Öz açıqlamasında Səudiyyə Ərəbistanın neft təsisatlarına hücumları “yəmənlilər”ə bağlayan Əli Şəmxani deyib ki, yəmənlilərin Səudiyyə Ərəbistanına qarşı işlətdiyi bütün silahlar onların özlərinin istehsalıdır: “Yəmən ordusunun istifadə etdiyi silahlar bu ölkənin özündə istehsal edilib və onları başqa ölkələrə bağlamaq bir növ məsuliyyətdən və cavabdehlikdən boyun qaçırmaqdır.

 

İranın strateji siyasəti və hədəfi regionda hər hansı bir qarşıdurmadan çəkinmək və bölgədə yaşanan gərginliyi danışıqlar yolu ilə aradan qaldırmaqdır. Məhz buna görə də biz islam respublikasının mənafeyinə qarşı atıla biləcək hər bir təcavüzkar addımı nəzərə alaraq, ölkəmizə qarşı hər hansı bir mümkün hərbi hücuma kəskin cavab verəcəyik. Elə bir cavab ki, təcavüzkarların heyrətinə səbəb olacaq” -deyə İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Şəmxani əlavə edib.

 

Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron (pilotsuz uçan aparatlar) hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisdə neft təsisatlarında güclü yanğın baş verib. Neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb.

 

 

Hücumdan az sonra İranın Yəməndə dəstəklədiyi Husi qruplaşmasının sözçüsü Yəhya Sareya jurnalistlərə açıqlamasında hücumun məsuliyyətini öz üzərlərinə götürsə də, rəsmi Ər-Riyad və Vaşinqton Husilərin bu iddiasını rədd edərək, hücumların İran ərazisindən həyata keçirildiyini bildiriblər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar