SON XƏBƏRLƏR

Emmanuel Makron: “İranın Orta Şərqin sabitliyini pozan əməllərinin qarşısı alınmalıdır”

2021.10.20, 07:36
Emmanuel Makron: “İranın Orta Şərqin sabitliyini pozan əməllərinin qarşısı alınmalıdır”

Gunaz.tv

GünAzTV: Fransa prezidenti Emmanuel Makron dekabrın 23-də Səudiyyəli həmkarı Kral Salmana zəng vuraraq onunla iki ölkə arasındakı münasibətlərdən və İranın region ölkələrinin daxili işlərinə müdaxiləsinin qarşısının alınmasından danışıb.

 

Əl-Ərəbiyyə telekanalının yaydığı xəbərə əsasən, telefon danışığında Fransa prezidenti Yəməndə İran tərəfdarı olan radikal şiə-husilərinin Ər-Riyadı ballistik raketlərlə hədəfə almasını pisləyərək, İranın Orta Şərqin sabitliyinə qarşı yönəlmiş əməllərini kəskin tənqid edib: “İran hökumətinin Orta Şərqin sabitliyini pozan dağıdıcı və təxribat xarakterli əməllərinin qarşısı alınmalıdır. Biz, İranın Səudiyyə Ərəbistanının sabitliyini pozmaq məqsədilə yaraqlı şiə husiləri ballistik raketlərlə silahlandırmasını kəskin pisləyir, Tehranın onlara yardım və dəstəyinin dayandırılmasını tələb edirik.

 

Hesab edirik ki, Paris və Ər-Riyad, eləcə də bölgənin digər ərəb ölkələri İranın regionda, o cümlədən də Orta Şərqdə sülh və sabitliyə qarşı yönəlmiş bütün hərəkətlərinin qarşısını almaq üçün birgə əməkdaşlıq aparmalıdır”.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar