SON XƏBƏRLƏR

Beni Qants: “İran Qeşm adasını və Çabaharı hərbi pilotsuz uçuş aparatlarının anbarına çevirib”

2021.11.23, 14:53
Beni Qants: “İran Qeşm adasını və Çabaharı hərbi pilotsuz uçuş aparatlarının anbarına çevirib”

Gunaz.tv

O deyib ki, İran pilotsuz uçuş aparatları ilə regiondakı müxtəlif hədəflərə qarşı hücumlarını Qeşm adasından və Çabahar məntəqəsindən həyata keçirir.

“İran Qeşm adasını və Çabaharı hərbi pilotsuz uçuş aparatlarının anbarına çevirib və onlar üçün bu iki məkanda bazalar yaradıb.
İranın pilotsuz uçuş aparatları poroqramı regionun sünni məzhəbli ölkələrini, eləcə də Avropanı təhdid edir. Onların (iranlıların) isə iş qaydaları aydındır.

Onlar deyirlər ki, əvvəlcə Dəməşqi ələ keçirəcəyik, sonra Berlini. Hesab edirəm ki, dünya ölkələrinin İranın bu yanaşması qarşısında real hərbi bir seçimi olmalıdır.

İranın həmçinin Suriyaya partlayıcı maddələr daşımaq və bu ölkədəki terrorçu qruplaşmaları silahlandıraraq daha aktiv halına gətirmək üçün planları var. Biz isə bu təhlükənin qarşısını almağa hazırıq”, -deyə İsrailin müdafiə naziri Beni Qants bildirib. 

روایتی از دردسرهای پهپاد یاسر برای اسراییل - مشرق نیوز
 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar