SON XƏBƏRLƏR

Pentaqon: “İranın raket proqramı dağıdıcı və ölümcül zərər vurmaq üçün nəzərdə tutulub”

2022.02.10, 12:15
Pentaqon: “İranın raket proqramı dağıdıcı və ölümcül zərər vurmaq üçün nəzərdə tutulub”

Gunaz.tv

Amerika Müdafiə Nazirliyinin sözçüsü Con Keibi İran İslam Respublikasının ballistik raket proqramı ilə bağlı bildirib ki, bu proqram hücum məqsədləri və ölümcül, dağıdıcı zərər vurmaq niyyəti ilə başladılıb.

"Bu barədə heç nə deyə bilmərəm, çünki təfərrüatları hələ bilmirəm. Mən İranın danışdığı raketlə bağlı heç nə görməmişəm və bu barədə mediada məndən daha tez xəbər verilir”-deyə, Kirbi Pentaqonun mətbuat konfransında bildirib.

Pentaqonun sözçüsü əlavə edib ki, Amerika İranın zərərli raket fəaliyyətlərini sadəcə bir mesajdan daha çox şeyə hesablandığını düşünür.

“Tehran hökumətinin zərərli fəaliyyətləri regionu təhlükəsiz hala gətirib. Onlar regionda terrorçu qrupları dəstəkləyirlər, naviqasiya və gəmiçiliyi pozurlar, müttəfiqlərimizə, qonşu ölkələrə ölümcül zərbə vurmaq üçün hücum məqsədlərinə hesablanmış ballistik raket proqramını davam etdirirlər”-deyə, Con Kirbi qeyd edib.

İranın yeni raketinin tanıtdırılması ilə bağlı sualı cavablandıran Kirbi İranın sınaqdan keçirdiyi raket barədə təfərrüatları izah etmədən davamlı olaraq İranın ballistik raket proqramını təkmilləşdirdiyinin şahidi olduqlarını, bunun qarşısında müttəfiqlərinin müdafiə gücünün yüksəldilməsinə çalışdıqlarını söyləyib.

Qeyd edək ki, Viyanada nüvə danışıqlarının yeni mərhələsinin başlaması ilə eyni vaxtda İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə 1450 kilometr məsafədən hədəfi vura bilən “Xeybər şekən” adlı üçüncü nəsil ballistik raketin sınaqdan keçirildiyindən xəbər verib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar