SON XƏBƏRLƏR

SEPAH etnik bəluç vətəndaşı öldürüb

2022.04.25, 11:00
SEPAH etnik bəluç vətəndaşı öldürüb

Gunaz.tv

Bu barədə bəluç fəalları məlumat verib.

Məlumata görə, hadisə Sistan və Bəluçistan əyalətinin Səravan-Gülşən arasındakı yolda baş verib. Rəsulbəxş Sədiqiyanın hərəkətdə olan avtomobilinə xəbərdarlıq edilmədən atəş açılıb.

İdarəetməni itirən avtomobil aşıb. Sürücü alışan avtomobilin içində yanaraq həyatını itirib.

Bəluc Fəallarıi Kampaniyasının 2021-ci illə bağlı yaydıqları hesabatına görə, ötən il ərzində bəluc vətəndaşlarına qarşı SEPAH və polis məmurları tərəfindən 52 dəfə xəbərdarlıq etmədən atəş açılıb və nəticədə biri qadın, ikisi azyaşlı olmaqla ən azı 48 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Timur 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar