SON XƏBƏRLƏR

SEPAH qərargahının gizli sənədi yayıldı: “Cəmiyyət partlayış ərəfəsindədir”

2022.02.02, 11:53
SEPAH qərargahının gizli sənədi yayıldı: “Cəmiyyət partlayış ərəfəsindədir”

Gunaz.tv

Məxfi sənəddə “cəmiyyətin partlayış vəziyyətində olduğu” və ötən bir il ərzində sosial narazılığın 300% artdığı bildirilir.

“Əli ədaləti” kiber qruplaşması tərəfindən sosial mediada yayılan bu sənəd, İran İslam Keşikçiləri Korpusunun komandir müavini, briqada generalı Hüseyn Necatın başçılıq etdiyi 21 noyabr 2021-ci ildə “Sarollah” qərargahında keçirilən toplantının yeddi səhifəlik protokolunun tam mətnidir. 

Toplantıda SEPAH-ın nümayəndəsi, Tehran Prokurorluğu, Tehran Kəşfiyyat Təşkilatı, Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisi, Bəsic İqtisadi Kəşfiyyat, “Həzrət Seyid Əl-Şühada” Korpusu, “Həzrət Rəsul” Korpusu, yarımhərbi “Bəsic” və SEPAH-ın Kəşfiyyat Təşkilatının nümayəndələri iştirak ediblər.

İslam İnqilabı Keşikçiləri Korpusunun “Sarolla” qərargahı ölkədə etirazların yatırılmasına cavabdeh olan əsas qurumlardan biridir. 

“Sarolla” qərargahı Tehranı və Tehranda yerləşən mühüm dövlət qurumlarını hər hansı təhlükədən, o cümlədən iğtişaşlar, geniş miqyaslı anti-hökumət etiraz mitinqlərindən, və ya hökumətə qarşı hərbi təhdid və çevrilişlərdən qorumaq üçün məsuliyyət daşıyan paytaxtının ən mühüm təhlükəsizlik.

"Vətəndaşlar arasında aparılan  sorğunun nəticələri göstərir ki, cəmiyyətdə vəziyyəti partlayış həddinə çatıb"-deyə, İran İslam İnqilabı Keşikçiləri Korpusu Kəşfiyyat Təşkilatının sosial məsələlər üzrə komandir müavini Məhəmmədi gizli toplantıda bildirib.

O, İbrahim Rəisinin mühafizəkar hökumətinin iş başına gəlməsinə toxunaraq, əvvəlcə milli inam göstəricilərinin bərpa olunduğunu, bir müddət sonra, xüsusilə son aylarda baş verən bir neçə sarsıntının bu hökumətin hakimiyyəti saxlayıb-saxlaya bilməyəcəyi barədə şübhələrə yol açdığını deyib.

Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisinin polkovniki Kaviani, cari günəş ilinin son dörd ayında etirazlar barədə proqnozlar haqqında hesabat təqdim edərək, cari günəş ilində etiraz mitinqlərinin ötən illə müqayisədə 48%, etirazçıların sayının isə 98% artdığını qeyd edib.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar