SON XƏBƏRLƏR

Serbiya Prezidenti: "Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk"

2022.11.23, 20:12
Serbiya Prezidenti: "Azərbaycanın tutduğu mövqeyi yüksək dəyərləndiririk"

Gunaz.tv

Onun sözlərinə görə, vətəndaşlar arasında əlaqələr inkişaf edir: "Dostluğumuz həm Sizin, həm də bizim tərəfdə görülən konkret işlərdə öz təzahürünü tapıb. 

Serbiyanın ərazi bütövlüyünə hər zaman verdiyiniz dəstəyə görə təşəkkürümü bildirirəm. Biz də Azərbaycanın çətin, ağır vaxtlarında eyni mövqedən çıxış etmişik. 

Azərbaycan bizim çoxdankı dostumuzdur və ümidvaram ki, bundan sonra da biz münasibətlərimizi daha da inkişaf etdirəcəyik. 

Heç kəs bir faktı inkar edə bilməz ki, biz yaxın dostuq, yaxın dost kimi qalırıq. 

Bundan sonra da ölkələrimiz arasında əməkdaşlığın səviyyəsini artırmaq üçün əlimizdən gələni edəcəyik".

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar