SON XƏBƏRLƏR

Ərdəbil həbsxanasında koronavirus yayılması sürətlənib, məhbusların canı təhlükədədir

2021.10.20, 07:36
Ərdəbil həbsxanasında koronavirus yayılması sürətlənib, məhbusların canı təhlükədədir

Gunaz.tv

GünazTV: Güney Azərbaycanın Ərdəbil həbsxanasında koronavirus infeksiyasının yayılıması sürətlənib.

 

 

Həbsxanadan əldə edilən son məlumatlara görə, cəzaçəkmə məntəqəsinin 1-ci və 6-cı korpuslarında saxlanılan səkkiz məhbus koronavirus infeksiyası əlamətləri ilə həbsxananın səhiyyə mərkəzinə aparılıb. Onlardan ikisinin vəziyyəti ağır olsa da zindan məsulları xəstələri xəstəxanaya göndərməyə icazə verməyib. Həmin məhkumlar onlara ampula və ağrıkəsicilər verildikdən sonra yenidən korpusa köçürülüblər.

 

 

Daha öncə həbsxana məsulları məhkumların ailələrinin müraciəti cavabında məsələni yalanlasalar da ən azı bir məhbusun Ərdəbilin  İmam Xəstəxanasına aparıldığı haqda xəbərlər yayılıb.

 

 

Keçən ay yayılan məlumatlarda həbsxanan 1-ci və “Səlamət” bölümlərinin koronavirusa görə karantinə alındığı bildirilmişdi.

 

 

Koronavirus infeksiyasının həbsxanalarda yayılması səbəbindən azərbaycanlı fəallar və insan hüquqları qurumları İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq rejim hələ də Lətif Həsəni, Abbas Lisani, Tövhid Əmir Əmini, Məhəmməd Əbdülməhəmmədzadə və digər azərbaycanlı fəalları məzuniyyətə buraxmaqdan imtina edir.

 

 

Ü.F 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar