SON XƏBƏRLƏR

Ərdəbil vilayətində baş vermiş atışmada 1 polis öldürülüb

2021.10.20, 07:36
Ərdəbil vilayətində baş vermiş atışmada 1 polis öldürülüb

Gunaz.tv

GünAz TV: Ərdəbil vilayətinin Germi rayonunda polislə qaçaqmalçılar arasında baş vermiş atışma nəticəsində 1 polis zabiti ölüb.

 

Ərdəbil sərhəd xidməti patrul zamanı şübhəli Pejo markalı avtomobilə saxlamaqla bağlı göstəriş versə də, sürücü polisin əmrinə tabe olmayıb və Germi rayonu istiqamətində qaçıb.

 

Bundan sonra rayon ərazisində avtomobildə olanlarla polis arasında silahlı olay yaşanıb. Hadisə nəticəsində 1 polis və 1 şübhəli şəxs ölüb, bir neçə nəfər isə yaralanıb.

 

Polisin məlumatına görə, şübhəlilərdən Kalaşnikov markalı avtomat və onun darağı, eləcə də 47 ədəd güllə götürülüb.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar