SON XƏBƏRLƏR

Ərdəbildə divarlara yazılıb: “Həbsxananın qapıları koronavirusun üzünə açıqdır” – GÖRÜNTÜ

2021.10.20, 07:36
Ərdəbildə divarlara yazılıb: “Həbsxananın qapıları koronavirusun üzünə açıqdır” – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Koronavirus epidemiyası ilə bağlı güney azərbaycanlı siyası məhbusların qayğısına qalan milli-mədəni fəallar Ərdəbildə divarlara bir çox şüar yazıblar.

 

Fəallar bu şəkildə səlahiyyətli orqanları siyasi məhbuslar və adi ittihamlara görə həbs edilən təhlükəsiz məhbusları məzuniyyətə buraxmağa çağırıblar.

 

Qrafit texnikası ilə yazılan şüarlar arasında “həbsxananın qapıları koronavirusun üzünə açıqdır”, “məsullar siyasi məhbuslara açıq şəkildə zülm edir”, “həbsdə olan azərbaycanlı milli-mədəni fəalların həyatı təhlükədədir”, “#PRISONERS_CORONAVIRUS” və s. cimi cümlələr yer alıb.

 

Ötən günlərdə bir neçə güney azərbaycanlı milli-mədəni fəal həbsxanadan məzuniyyətə buraxılsa da, hələ də Həkimə Əhmədi, Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Əkbər Nəimi, Tövhid Əmir Əmini, Yusif Kari, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Əli Əzizi, Səccad Şəhiri, Zeynəb Həmrəng, Seyid Ehsan Şükrxudayi, Əmir Səttari və s. kimi fəallar İran həbsxanalarında saxlanılır. Koronavirusun xəstəxanalarda yayılması məhbusların ailə üzvləri və azərbaycanlı fəalların xüsusi nigaranlığa səbəb olub.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar