SON XƏBƏRLƏR

Ərdoğandan Kılıçdaroğluna qarşı ağır ittiham

2021.10.20, 07:36
Ərdoğandan Kılıçdaroğluna qarşı ağır ittiham

Gunaz.tv

GünAz TV: “Amerika Birləşmiş Ştatlarına (ABŞ) baş əymədiyimiz üçün bizi mühakimə etməyə, etibarsızlaşdırmağa çalışırlar.

 

Modern.az Türkiyənin Hürriyət qəzetinə istinaədən verdiyi xəbərə görə, bu sözləri bu gün Türkiyənin Ağrı şəhərində Ədalət və İnkişaf Partiyasının(AKP) iclasında çıxış zamanı Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan deyib.

 

Ərdoğan deyib ki, kim pulun verirsə PKK-dan istifadə edir.

 

“Türkiyədə heç kim etnik və dini mənsubiyyətinə görə təzyiqə məruz qalmır. Biz hər zaman Türkiyəni bölmək istəyənlərlə mübarizə aparırıq, terrora qoşulmayan bütün vətəndaşlarımızın hüquqları müdafiə olunur. Suriya prezidenti Bəşər Əsədlər münasibətlərimizin yaxşı olduğu dönəmlərdə hər zaman kürdlərin hüquqlarını müdafiə etməsini istəmişə. Türkiyə İraqda, Suriyadakı zülmələri görməzdən gələ bilməzdi.   Bəziləri öz maraqları üçün zalımlarlar, terroristlərlə bir fəaliyyət göstərə bilər, amma biz bunu edə bilmərik. Biz ABŞ-ın bu ssenarilərinə qoşulmadığımız, onlara baş əymədiyimiz üçün bizi etibarsızlaşdırmağa çalışırlar. Bu ssenarini əlaltıları olan FETÖ terror təşkilatı ilə birgə həyata keçiririlər. PKK-nı bunun üçün qızışdırdılar, FETÖ-nu bunun üçün meydana çıxardılar. Hazırda ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlundan da eyni məqsədlə istifadə edirlər. Millətimiz bilsin ki, bu oyunların heç biri bir-birindən ayrı deyil. Məqsədləri Türkiyəni diz çökdürməkdir. Onlar bu istəklərinə nail ola bilməyəcək”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar