SON XƏBƏRLƏR

Ermənistanda Türkiyə himninin səsləndirilməsinə imkan verilməyib

2021.10.20, 07:36
Ermənistanda Türkiyə himninin səsləndirilməsinə imkan verilməyib

Gunaz.tv
Ermənistanda Türkiyə himninin səsləndirilməsinə imkan verilməyib futbol-erm-turk-23-05.jpg Ermənistan və Türkiyə yığma komandaları arasında keçirilən «yoldaşlıq görüşü»ndə erməni azarkeşlərın fit çalması Türkiyənin himininin səslənməsinə mane olub Mayın 22-də Ermənistanın Abovyan şəhərində futbol üzrə 19 yaşlılardan ibarət Ermənistan və Türkiyə yığma komandaları arasında görüş olub. Stadion azarkeşlərlə dolu olub. Vəziyyət gərgin olduğundan əraziyə çoxlu sayda polis əməkdaşı cəlb olunub. Oyundan əvvəl hər iki ölkənin himni səslənib. Lakin stadiona toplaşmış azarkeşlərin fit səsindən Türkiyənin himnini eşitmək mümkün olmayıb. Türkiyə yığması ilk təhlükəli vəziyyəti oyunun 10-cu dəqiqəsində yaradıb. Sərrkan İldırım topu boş qalmış qapıya göndərib. Birinci hissənin sonlarına yaxın ermənilər hesabı bərabərləşdirib. İkinci hissədə üstünlük türk gənclərin tərəfində olub və onların daha yaxşı fiziki hazırlığı özünü büruzə verib. 59-cu dəqiqədə Türkiyə yığması cərimə zərbəsindən daha bir qol vurub. Oyunun sonunadək hesab dəyişməyib. --------------------------------------------------------------------------------------------- DİNİ RƏHBƏR «SEPAH»a YENİ TƏYİNATLAR EDİB xamneyi_yeniteyinatlar11.jpg Ayətullah Xamneyi İranın dini rəhbəri ayətullah Əli Xamneyi bu gün İran İnqilab Keşikçiləri Korpusuna («Sepah») yeni təyinatlar edib. «Media forum» saytının məlumatına görə, general Seyid Məhəmməd Hüseynzadə Hecazi «Sepah» baş komandanının canişini, general Cəmaləddin Abruməndi isə baş komandanın müavini vəzifəsinə gətirilib. «Sepah»ın baş komandanı general Məhəmmdəli Cəfəri isə bu gün Mazandaran və Gülüstan bölgələrinin yerli «Sepah» nümayəndələri ilə görüşündə islam inqilabını dayandırmağın mümkün olmadığını vurğulayıb: «Qərb kütləvi informasiya vasitələrinin maneələrinə baxmayaraq bu gün islam inqilabı dünyada sürətlə yayılmaqdadır və artıq heç bir qüvvə islam inqilabını hərəkətdən saxlaya bilməz». İran İnqilab Keşikçiləri Korpusu 1979-cu il inqilabından dərhal sonra yaradılıb. Birbaşa ölkənin dini rəhbərinə tabedir. 100 min nəfərdən çox döyüşçüsü olan korpus İranın ən güclü hərbi birləşməsi sayılır. Ölkənin indiki prezidenti Mahmud Əhmədinejad da vaxtilə «Sepah»da qulluq edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar