SON XƏBƏRLƏR

"Tehranla razılaşmanın Vaşinqtona heç bir faydası yoxdur"- Amerikalı senatorlar

2022.03.10, 10:44
"Tehranla razılaşmanın Vaşinqtona heç bir faydası yoxdur"- Amerikalı senatorlar

Gunaz.tv

Parlamentarilər nüvə anlaşmasının baş tutacağı təqdirdə bundan yalnız İranın xeyir götürəcəyini deyiblər.

Respublikaçı senatorlar çərşənbə günü axşam İranla nüvə danışıqlarını müzakirə edən iclasda Tehranla razılaşmanı Moskvanın böyük qələbəsi adlandırıb və bunun Rusiya silahlarının İrana axınına səbəb olacağını söyləyiblər.

Onlar Amerikanın hazırkı hökmətinin İranla anlaşdığı halda qarşıdakı seçkilərdə respublikaçıların qalib gələcəyini və bu anlaşmanın ləğv ediləcəyini bildiriblər.

Vayominq ştatından respublikaçı senator Con Burrouz da Ağ Evi tənqid edərək deyib ki, Bayden administrasiyası Obamanın prezidentliyi dövründə əldə edilmiş pis razılaşmanı canlandırmağa çalışır. 

O, Tramp administrasiyasının sazişdən çıxmasına işarə edərək, “Biz artıq bu sazişdən çıxmışıq və ona qayıtmamalıyıq” deyib.

“Biz danışıqlarda bir başa iştirak etmirik və ruslar bizim adımızdan danışıqlar aparır. Bunlar ukraynalı dinc sakinləri küçələrdə qətlə yetirənlərdir və indi də bu danışıqlarda bizi təmsil edirlər”-deyə, senator bildirib.

Onlar Tehran rejiminin nüvə silahı əldə etməsi halda Şimali Koreyadan daha təhlükəli olacağını, ayətullahların bu vasitə ilə bütün bölgə ölkələrini girov götürəcəklərini qeyd ediblər.

C.E
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar