SON XƏBƏRLƏR

Etirazlar nəticə verdi – Terrorçuların simvolu Tikantəpədə qaldırılan heykəlin üzərindən götürülüb – GÖRÜNTÜ

2021.10.20, 07:36
Etirazlar  nəticə verdi – Terrorçuların simvolu   Tikantəpədə qaldırılan heykəlin üzərindən götürülüb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Azərbaycan türklərinin etirazı və tikantəpəli gənclərin dirənişi nəticəsində Bələdiyyə İdarəsi geri addım ataraq terrorçu qruplaşmaların simvolunu Tikantəpədə qaldırdığı heykəlin üzərindən götürüb.

 

Azərbaycanlı gənclər oktyabrın 13-də “Pejak” və “İran Kürdistanı Demokratik Partiyası” terrorçu qruplaşmalarını simvolizə edən heykəlin Tikantəpənin Şərifabad məhəlləsində qaldırılmasına etiraz bildirmişdir. Bələdiyyə İdarəsinin həyətində keçirilən dinc yığıncaq Şəhər Şurasının radikal kürd üzvü Həsən Mikaili və kürddilli bələdiyyə başçısı Naseh Məhəmmədxaninin tərəfdarlarının hücumuna məruz qalıb, tərəflər arasında qarşıdurma yaşanmışdır.

 

Bu hadisədən bir neçə saat sonra heykəlin üzərindən  terrorçu qruplaşmaları simvolizə edən elementin götürüldüyü məlum olub. Lakin Tikantəpə əhalisi şəhərdə təfrəqəyə səbəb olan sözdə Dəf heykəlinin bötüvlükdə qaldırılmasını tələb edir. Bundan əlavə, şəhər əhalisi Azərbaycana qarşı xəyanətə yol verən Həsən Mikailinin Şəhər Şurasından azad edilməsi və onun mühakimə olunmasını yekdilliklə tələb edirlər. Məlumata görə, Həsən Mikaili Tikantəpədə radikal kürdlərin həyata keçirdiyi əksər planların müəllifidir.

 

 

Terrorçu qruplaşmaların simvolunun heykəlin üzərindən götürülməsi radikal kürd kanallarını qəzəbləndirib. Onlar edilən dəyişiklik nəticəsində Dəf heykəlinin “Aypara” şəkilinə gəldiyini və Türkiyə bayrağına oxşadıldığını iddia edir.

 

Xatırladaq ki, Dəf musiqi aləti şəkilində hazırlanan heykəldə terror qruplaşmaları “Pejak” və “İran Kürdüstanı Demokratik Partiyası”nın simvolu olan “günəş” əks olunub. Heykəl Tikatəpə şəhərinin bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin nəzarəti ilə hazırlanıb və cari ilin oktyabr ayının 9-da Mövləvi meydanında ucaldılıb. 

 

Qeyd etdiyimiz kimi, Tikantəpədə radikal kürdlərin həyata keçirmək istədikləri planların əksəriyyətinin arxasında Hüseyn Mikaili dayanır. O ötən il Novruz bayramı günlərində azərbaycanlı bir sənətkar tərəfindən hazırlanan “Təkəm” heykəlinə (“Təkəm gəzdirmə” Güney Azərbaycanda Novruz bayramında həyata keçirilən qədim mərasimlərdən biridir) qarşı çıxaraq Bələdiyyə İdarəsinin önündə ucaldılan həmin heykəli yerindən götürülmüşdür.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar