SON XƏBƏRLƏR

Etirazlar nəticə verdi: Urmiyə torpaqlarının radikal iraqlı kürdə buraxılmasının dayandırılması barədə göstəriş verildi

2021.10.20, 07:36
Etirazlar nəticə verdi: Urmiyə torpaqlarının radikal iraqlı kürdə buraxılmasının dayandırılması barədə göstəriş verildi

Gunaz.tv

GünAz TV: Urmiyə torpaqlarının iraqlı radikal kürdə buraxılmasına qarşı edilən etirazlar nəhayət ki, öz nəticəsini verdi və Qərbi Azərbaycan prokurorunun müqavilənin ləğvinə dair göstəriş verməsinə səbəb oldu.

 

Deyilənlərə görə, şəhərin tarixi ərazisinin PKK terror qruplaşmasının tərəfdarı kimi tanınan Məhəmməd Əmin Novruziyə buraxılmasında Qərbi Azərbaycanın kürd kökənli valisi Məhəmməd Mehdi Şəhriyaridən əkavə, Urmiyə Bələdiyyə İdarəsinin məsulları da rol oynayıb.

Məhəmməd Əmin Novruzi İraqın Ərbil şəhərindəndir.

 

Artıq Qərbi Azərbaycan prokuroru ərazinin şübhəli xarici vətəndaşa buraxılmasını dayandırmaq məqsədi ilə Urmiyənin bələdiyyə başçısı Məhəmməd Həzrətpura göstəriş məktubu ünvanlayıb.

 

Məktubda vurğulanıb ki, “Məscid-i cami”nin ətrafında yerləşən qədim Urmiyə bazarının ərazisinin ticari məqsədlərə görə xarici (iraqlı) bir yatırımçıya buraxılması əhali arasında həssaslıq və etirazlara səbəb olub.

 

“Araşdırmalardan sonra məlum olub ki, ərazi Şəhər Şurası tərəfindən təsdiq edilmədən, Şəhər İcra Hakimiyyəti başçısının razılığı olmadan, eləcə də tender elan olunmadan və sözügedən xarici yatırımçı barədə araşdırma aparılmadan buraxılıb. Qeyd olunan səbəblərə görə, bu qərar etnik məsələlərini də gündəmə gətirib.”- deyə məktubda qeyd olunub.

 

Prokuror bələdiyyə başçısından tərəflər arasında bağlanan müqavilənin ləğv olunmasını tələb edib. “Əhalinin hüquqlarının tapdalanması və etnik gərginliyinin qarşısını almaq məqsədi ilə əhalinin hüquqlarına nəzarət qaydalarının 2-ci maddəsinə əməl olunmalıdır. Yuxarıda qeyd olunan məsələlər, həmçinin digər qanunları nəzərə alaraq sözügedən ərazinin yerli və ya xarici yatırımçıya buraxılmasından imtina edilsin və bu barədə Şəhər Prokurorluğuna məlumat verilsin.”- deyə prokuror məktubun sonunda vurğulayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar