SON XƏBƏRLƏR

ETTELAAT ərəb şairin ölümünə etiraz edən əhvazlılardan bir neçəsini həbs edib

2021.10.20, 07:36
ETTELAAT ərəb şairin ölümünə etiraz edən əhvazlılardan bir neçəsini həbs edib

Gunaz.tv

GünAz TV: ETTELAAT Nazirliyinin Xuzistan bölməsi bir neçə əhvazlı ərəbi tutduğu barədə məlumat yayıb.

 

Nazirliyin yaydığı bəyanatda bildirilir ki, etiraz aksiyalarını təşkil edənlər, fəal iştirakçılardan bəziləri və İran bayrağını yandıranlar əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilərək saxlanılıblar.

 

Nazirlik iddia edir ki, əvvəllər məhkum olunmuş və “xaricdə fəaliyyət göstərən təşkilatlarla əlaqəsi olan” fəal iştirakçılara aid iki məkana baxış keçirilən zaman “onlara məxsus odlu silahlar” aşkar edilərək götürülüb.

 

Xatırladaq ki, noyabrın 10-u səhər saatlarında əhvazlı millətçi və tənqidçi cavan şair Həsən Heydərinin şübhəli ölümündən sonra əyaləti etiraz aksiyaları bürümüşdü. Etirazçı cavanlar yolları bağlamış, eləcə də İran bayrağına od vurmuşdular.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar