SON XƏBƏRLƏR

“Çevik Ekspertlər Qrupu”nun üzvləri Füzulidə qadınlarla görüş keçirib

2022.12.07, 16:26
“Çevik Ekspertlər Qrupu”nun üzvləri Füzulidə qadınlarla görüş keçirib

Gunaz.tv

Görüşdə  Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müşahidə şurasının üzvü, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın rəhbəri Günel Səfərova qadınlara qarşı həyata keçirilən zorakılığın formaları barədə məlumat verib. 

O, qeyd edib ki, qadınlar zorakılığın müxtəlif formalarından özlərini qorumaq üçün öncə öz hüquqlarını bilməlidirlər. Qızların təhsildən yayınması hallarının qarşısı alınmalıdır. Erkən nigahlara qarşı mübarizədə qadınlar ilk sıralarda yer almalıdırlar: “Biz Elm və Təhsil Nazirliyi yanında ictimai şura olaraq bu məsələlərdə daim vətəndaşlarımızın yanındayıq.

Övladlarımızın mükəmməl təhsil əldə etməsi üçün əlimizdən gələn bütün imkanları səfərbər etməyə hazırıq”. 

G2QsLD9.jpg

"Biz çalışmalıyıq ki, qızlarımız, qadınlarımız təhsilli, istiqadi cəhətdən azad olsunlar ki,  öz hüquqlarını  müdafiə edə bilsinlər. Nə mənəvi, nə istisadi, nədə məişət zorakılığına məruz qalmasınlar. 

Qadın ölümləri ilə bağlı xəbərlər bizləri izləməsin”- bu barədə  İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli  vurğulayıb. 

QHT sədri onu da qeyd edib ki, qadınlarımız və qızlarımızın müdafiəsi yalnız 16 gün deyil bütün il boyu həyata keçirilir. 

ÇEK barəsində açıqlama verən koalisiyanın üzvü, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə xanım Ağazadə qeyd edib ki, koalisiyada təmsil olunan beş təşkilatın hər biri qadınlarımızın yanındadır: “Biz sizlərin səsi olmağa gəmişik.

Biz istəyirik ki, bizim ölkədə qadınlar heç vaxt zorakılığın qurbabnına çevrilməsin.

Biz istəmirik ki, qadınlarımız , qızlarımız sığınacaqlara üz tutsunlar.

Biz istəmirik ki, övladlar anasız böyüsün. Biz istəyirik ki, hər bir qadının isti yuvası, xoşbəxt həyatı olsun”. Tədbirdə qonaq qismində qatılan “Ağaoğlu” araşdırmalar birliyinin rəhbəri Sara Əliyeva da səslənən fikirləri bölüşdüyünü və Azərbaycanın ilk türk qadın vəkili  olan Azərbaycan tarixinin nurlu simalarında olan Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlunun razuları, qadınlar barəsində olan arzularını səsləndirib.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin müavini Gülbahar Eyvazova qonaqlara göstərdikləri təşəbbüslə bağlı öz təşəkkürünü bildirib və İcra Hakimiyyəti olaraq, ÇEK-lə əməkdaşlığa həmişə açıq olduqlarını vurğulayıb. Sonra ekspertlər tərəfindən görüş iştirakçılarının sualları cavablandırılaraq və təklifləri müzakirə olunub. 

Xatırladaq ki, “ÇEK”-də beş ictimai birlik- "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyi, Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi, “Azərbaycan Uşaqları” İctimai Birliyi
“Gəncə Regional Qadın Mərkəzi” İctimai Birliyi və  “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi  təmsil olunur. 

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar