SON XƏBƏRLƏR

Çevrə fəalları Təbriz və Xoyda çoxillik ağacların kəsilməsinə etiraz ediblər-VİDEO

2022.03.02, 04:31
Çevrə fəalları Təbriz və Xoyda çoxillik ağacların kəsilməsinə etiraz ediblər-VİDEO

Gunaz.tv

Fəallar hər iki şəhərdə “yaşıl soyqırım”la bağlı yaydıqları görüntülərlə ağacların budanması adı altında çox sayda ağacın kəsildiyini göstəriblər.

Təbrizin Kəsayi magistral yolundan video və forolar paylaşan çevrə fəallarının etirazlarına bələdiyyə məsulları qəribə cavab veriblər.

Məsullar "ağacların çıxarılaraq Abbas Mirzə parkına köçürüldüyünü" iddia ediblər.

Fəallar bunu “hayasızlıq” adlandırıb və bölgədən paylaşdıqları video, fotolarla ağacların kəsildiyini bildiriblər.

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində də oxşar hadisə baş verib.

Bələdiyyə məmurlarının gecə saatlarında yüzlərlə ağacı kəsməsi sosial media fəalları, çevrə qoruyucularının geniş etirazları ilə qarşılaşıb.

 

C.E 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar