SON XƏBƏRLƏR

Fevralın 24-dən Ukraynadan Avropa ölkələrinə 7 milyondan çox qaçqın gedib

2022.11.17, 09:20
Fevralın 24-dən Ukraynadan Avropa ölkələrinə 7 milyondan çox qaçqın gedib

Gunaz.tv

TASS-a istinadən xəbər verir ki, bu barədə BMT QAK-ın məlumatında deyilir.

Komissarlıqda mövcud olan məlumata görə, ən çox qaçqını Rusiya qəbul edib - 2 852 395.

Siyahıda ondan sonra Polşa (1 497 849), Almaniya (1 019 789), Çexiya (460 415), İtaliya (173 231), İspaniya (153 054), Bolqarıstan (145 560), Türkiyə (145 000), Böyük Britaniya (143 100), Fransa (118 994) və Slovakiya (100 783) gəlir. Digər ölkələrdə isə bu rəqəm 100 000-i keçmir.

BMT QAK-ın məlumatına görə, fevralın 24-dən sonra Ukraynadan qonşu ölkələrə 15 354 147 nəfər gəlib. Eyni zamanda 7 milyon 747 min 450 nəfər sərhədi əks istiqamətdə keçib.

Ayxan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar