SON XƏBƏRLƏR

Ceyhun Bayramov: “Qarabağda yataqların monitorinqinin baş tutmaması təxribat idi"

2022.12.27, 16:35
Ceyhun Bayramov: “Qarabağda yataqların monitorinqinin baş tutmaması təxribat idi"

Gunaz.tv

Bunu bu gün 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov bildirib.

Ceyhun Bayramov deyib ki, mətbuat konfransında ikitərəfli görüş zamanı qarşı tərəflərin cavabının detallı çatdırılması yaxşı olmazdı: “Azərbaycan nümayəndələrinin iştirakı ilə Qarabağda yataqların monitorinqinin baş tutmamasına gəlincə, bildirilib ki, buna yerli əhali mane olub. 

Bu, özünü yerli qurumların rəhbəri elan etmiş şəxslərin təxribatı idi. Bu, yolverilməzdir, qurama bir işdir. Düşünürdülər ki, bu addımla nəsə əldə edəcəklər.

Azərbaycan dövləti uzun müddət səbirlə yataqlarda monitorinq aparılması istiqamətində iş aparırdı. Bu nəticə vermədiyi təqdirdə ekoloqlarımız belə aksiyaya start verdilər. Bu, onların hüquqlarıdır və bu hüquqdan istifadə edirlər”. (apa)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar