SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı etnik bəliçların etirazçıların öldürülməsi ilə bağlı bəyanat yayıb

2022.11.11, 05:31
Beynəlxalq Əfv Təşkilatı etnik bəliçların etirazçıların öldürülməsi ilə bağlı bəyanat yayıb

Gunaz.tv

Noyabrın 11-də Sistan-Bəlucistanda keçiriləcək nümayişlərdən bir gün əvvəl Beynəlxalq Əfv Təşkilatı ölənlərin, o cümlədən uşaqların sayının artacağı ilə bağlı xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti bu əyalətdə etirazçıların daha çox öldürülməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırıb.

Beynəlxalq Əfv Təşkilatının bəyanatında deyilir ki, təhlükəsizlik qüvvələri 4 noyabrda Sistan-Bəlucistanın Xaş şəhərində cümə namazından sonra dinc nümayişlərin ölümcül şəkildə yatırılmasında iki uşaq da daxil olmaqla ən azı 18 etirazçını öldürüb, onlarla insanı yaralayıb.

Bəyanatda son etirazlar dövrü etnik bəluçların daha çox zülmə və repressiyalara məruz qaldığı vurğulanıb.

Qeyd edək ki, bundan öncə sentyabrın 30-u günortadan sonra hökumət məmurlarının Zahidan şəhərinin Məkki məscidində namaz qılan sünni məzhəbli etnik bəluçlara atəş açması nəticəsində və ondan sonra baş verən nümayişlər zamanı 13-ü uşaq olmaqla 93 nəfər ölüb, 300 nəfər isə yaralanıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar