SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı 2021-ci ildə İranda insan haqlarının pozulması ilə bağlı hesabatı yayıb

2022.03.30, 08:02
Beynəlxalq Əfv Təşkilatı 2021-ci ildə İranda insan haqlarının pozulması ilə bağlı hesabatı yayıb

Gunaz.tv

Qurumun hesabatında deyilir ki, 2021-ci ildə İranda minlərlə insan qanunsuz olaraq saxlanılıb, dindirilib və təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün ölümcül güc uyğulayaraq, hətta ov tüfəngləri və rezin güllələrdən belə istifadə edib.

İran, Yaxın Şərq və Şimali Afrika üzrə illik hesabatda qeyd olunur ki, keçən il İranda qadınlar, eynicinslilər, transseksuallar da daxil olmaqla yüzlərlə insan ilin sonuna qədər ədalətsiz həbsdə qalıb. Transgender icmaları və etnik,  dini azlıqlar institusional ayrı-seçkilik və zorakılıqla üzləşiblər.

Hesabatda həmçinin cinsi və reproduktiv hüquqlar, din və inanc azadlığı, internetə çıxışla bağlı yeni qanunvericilik tərəfindən qoyulan məhdudiyyətlər tənqid edilir.

“Geniş və sistematik işgəncələrin və digər qəddar, qeyri-insani rəftarın davamı, o cümlədən məhbusların adekvat tibbi yardımdan məhrum edilməsi, ölkə əhalisinin koronovirusa qarşı peyvənd olunmasına vaxtında imkan verilməməsi, məhkəmə orqanlarının əməkdaşları tərəfindən qamçılama, amputasiya və koretmə cəzalarının tətbiq etdirilməsi davam edib”-deyə, hesabatda yazılıb.
 
Beynəlxalq Əfv Təşkilatı həmçinin qeyd edir ki, İslam Respublikasının hakimiyyət orqanları ölüm hökmündən repressiya vasitəsi kimi geniş şəkildə istifadə ediblər.

“Ötən ildə İran rəsmiləri törətdikləri cinayətlərə görə mühakimə olunmaqdan yaxa qurtardıblar. Nümunə olaraq 1988-ci ildə siyasi məhbusların kütləvi edamında əli olan İbrahim Rəisi bu ölkədə prezidentlik səlahiyyətləri yiyələnib”-deyə, beynəlxalq təşkilat İran rəsmilərinin beynəlxalq məhkəmədə mühakimə olunmadıqlarını qınayıb.

Beynəlxalq Əfv Təşkilatına görə, Amerikanın İranın nüvə proqramına qarşı sanksiyaları, korono epidemiyası və korrupsiya İranın iqtisadi böhranını dərinləşdirdiyi və İranda geniş yayılmış həmkarlar ittifaqı tətilləri və nümayişlərin davam etdiyi bir vaxtda, hökumət əmək haqlarının qaldırılması, mənzil, tibbi xidmət, ərzaq təhlükəsizliyi təminatı və təhsilə büdcə ayrılması məsələlərində yenədə yarıtmaz siyasət yürüdüblər.

Hesabatda mətbuata, sosial media istifadəçiləri və jurnalistlərə qarşı basqılardan bəhs edilərək, onlara qarşı qondarma ittihamların irəli sürüldüyü, İran parlamentində internetə nəzarət barədə qanun layihəsinin müzakirəyə çıxarıldığı insan haqları pozuntusunun dahada şiddətlənməsinə nümunə kimi göstərilib.

Özəlliklə xaricdə fəaliyyət göstərən media nümayəndələri və siyasi müxaliflərin oğurlanaraq İrana qaytarılması, mühakimə edilmələri, barələrində aır cəzalar verilmsi ilə yanaşı qadın və uşaq haqları pozuntularının dahada genişləndiyi bildirilir.

İllik hesabatda İranda yaşayan qeyri-fars xalqlara qarşı ayrı-seçkilik və repressiv siyasətin davam etdirildiyi qeyd olunaraq, Azərbaycan türkləri, Əl-Əhvaz ərəbləri, bəluçlar, kürdlər və türkmənlərin milli istəklərinə zorakılıqla cavab verildiyi yazılır.

Hesabatın sonunda BMT-nin İnsan Haqları Ali Şurasının İran üzrə xüsusi nümayəndəsi Cavid Rəhmanın qeydlərinə əsaslanaraq ötən il ərzində İranda ən azı 257 nəfərin edam edildiyi qeyd olunub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar