SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı İranda gözü çıxarılacaq 3 məhkumla bağlı xəbərdarlıq edib

2022.10.06, 06:32
Beynəlxalq Əfv Təşkilatı İranda gözü çıxarılacaq 3 məhkumla bağlı xəbərdarlıq edib

Gunaz.tv

Xəbərə görə, iki kişi və bir qadın məhbusun cəzaları iki ay əvvəl hökmün icra şöbəsinə göndərilib və bu üç müttəhim “kor edilmək” riski altındadır.

Beynəlxalq təşkilat İran Məhkəmə Sisteminin başçısı Qulamhüseyn Möhsüni Ejeiə müraciət edərək bu hökmlərin ləğv edilməsinə çağırıb.

Bu qurum fiziki cəzanın tətbiqini “insan hüquqlarının kobud şəkildə pozulması” kimi qiymətləndirir. 

“İran Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktdan irəli gələn öhdəliklərinə əsaslanaraq, bu cür hökmlərin icrasını təcili dayandırmalıdır”,- deyə, Beynəlxalq Əfv Təşkilatı bildirib.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar