SON XƏBƏRLƏR

Beynəlxalq Əfv Təşkilatı: "Evin zindanında işgəncəyə məruz qalan məhbuslara beynəlxalq qayğı lazımdır"

2022.10.19, 05:22
Beynəlxalq Əfv Təşkilatı: "Evin zindanında işgəncəyə məruz qalan məhbuslara beynəlxalq qayğı lazımdır"

Gunaz.tv

Beynəlxalq Əfv Təşkilatı yaydığı bəyanatda bildirib ki, həmişə olduğu kimi, İran İslam Respublikası rejimi hadisələrin əsl səbəblərini gizlədir. İran hakimiyyəti tələsik bəyanat yayaraq, məhbusların ölüm səbəbinin dava və tüstüdən boğulma olduğunu bildirib.

Təşkilat əlavə edib ki, BMT-nin İnsan Haqları Şurası dərhal xüsusi iclas keçirərək İran hakimiyyətinin yanğın zamanı qaçmaq şansı olmayan məhbuslara qarşı məsuliyyətsiz və repressiv davranışını araşdırmalı və bu şura dəlilləri toplayıb qoruyub saxlamalı və cinayətlərin icraçılarını cinayətlər üzrə yurisdiksiyaya malik olan milli, regional və beynəlxalq məhkəmələrlə müəyyən etməlidir.

Beynəlxalq Əfv Təşkilatı bildirir ki, bu şuranın təhqiqatı İran hakimiyyətini bu cinayətlərə görə məsuliyyətə cəlb etmək məqsədi ilə aparılmalıdır, çünki beynəlxalq ictimaiyyətin qəti reaksiyası olmasa, qurbanların sayı və insan hüquqlarının pozulması halları artmağa davam edəcək.

Bu arada Evin zindanında saxlanılan məhkumların vəziyyətlərinin dahada ağırlaşdığı, yaralı və xəstə məhkumlara tibbi yardım göstərilmədiyi bildirilir.

"Hakimiyyət yaralıların müalicəsinə imkan vermir, deyirlər onsuzda axırda öləcəksən, heç nə olmayacaq. Burada güvənliyimiz yoxdur, insanlar bizi unutsa, hakimiyyət bizi qıracaq",- deyə, məhbuslardan biri ailəsi ilə telefon əlaqəsi zamanı bildirib.

Qeyd edək ki, oktyabrın 15-i gecə saatlarında Tehranın Evin zindanında yanğın baş verib.

Rəsmi məlumatlarda yanğının zindanın tikiş sexi və parça anbarında məhbusların təxribatı nəticəsində baş verdiyi iddia edilib.

Yanğından sonra zindana xüsusi təyinatlı qüvvələr cəlb edilib və məhbuslara odlu silahlardan atəş açılıb, onlara qarşı gözyaşardıcı qazdan istifadə edilib.

Rəsmi məlumatlarda hadisə nəticəsində 8 nəfərin öldüyü, 61 nəfərin yaralandığı bildirilsə də, qeyri-rəsmi məlumatlar və insan haqları təşkilatları ölü və yaralı sayının daha çox olduğunu bildirirlər.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar