SON XƏBƏRLƏR

Heyran gədiyinin Ərdəbilə birləşdirilməsi tələb edilir: İmza kampaniyası başladı

2022.01.15, 10:07
Heyran gədiyinin Ərdəbilə birləşdirilməsi tələb edilir: İmza kampaniyası başladı

Gunaz.tv

Müstəqil imza toplama platformasında #Ərdəbil_Heyra haştagi adı altında həyata keçirilən kampaniyanı başladanlar prosesin yanvarın 24-dən başlayaraq iki ay müddətinə bunu davam etdiriləcəyini bildirib.

“İranda inzibati ərazi bölgüsü kəndlərin rayon mərkəzlərinə və şəhərlərin əyalət mərkəzinə yaxınlığı göstəricilərinə görə həyata keçirilir.

Bununla yanaşı ortaq dil və mədəniyyətdə mahal və əyalətlərin təşkil tapmasında əsas amillərdən biri sayılır. Keçmişdə Heyran gədiyinin yollarının 20 kilometri onun əhalisi ilə eyni dil və mədəniyyəti bölüşən Ərdəbil əyalətinin tərkibində olub.

Bununla yanaşı indidə məişət, səhiyyə və xidmət sahəsində bölgənin bütün bağlantıları Ərdəbil əyaləti ilə sıx bağlıdır"-kampaniyan başlanması ilə əlaqədar yayılan açıqlama bildirirlir.

Qeyed olunur ki, son illər bölgə kəndlərinin əhalisinin Ərdəbil əyalətinə birləşmək barədə haqlı tələblərinə məhəl qoyulmaması bu ərazilərdə yaşayan insanların çoxlu problemlərlə qarşılaşmasınasəbəb olub: "Ona görə də, biz bu kampaniyanı imzalayanlar adı çəkilən ərazilərin yenidən Ərdəbil əyalətinə qaytarılmasını istəyirik".

Qeyd edək ki, Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərinin təxminən 200, Ərdəbil şəhərinin isə 70 kilometrliyində yerləşir.

Bu şəhər vaxtı ilə Ərdəbil mahalı və Şərqi Azərbaycan əyalətinə bağlı olub.

Sonralar ölkənin inzibati ərazi bölgüsündə Gilan əyalətinə birləşdirilib. Şəhərin əhalisi Azərbaycan türkləridir və bu günə kimi Astaranın yenidən Ərdəbil əyalətinə birləşdirilməsi üçün çoxsaylı kampaniyalar həyata keçirib, müraciətlər yayıblar.

C.E

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar