SON XƏBƏRLƏR

“Şeytan ayələri”nin yazarı Salman Rüşdiyə hücum edilib

2022.08.12, 17:11
“Şeytan ayələri”nin yazarı Salman Rüşdiyə hücum edilib

Gunaz.tv

Bu hadisənin yaxından şahidi olan "Associated Press" müxbirinin verdiyi məlumata görə, Salman Rüşdi təqdim olunan zaman Şetokua İnstitutunda çıxış səhnəsinə qaçan bir nəfər hind əsilli Britaniya-Amerika yazıçısını yumruq və ya bıçaqla vurmağa başlayıb.

Bu xəbərin dərcindən bir neçə dəqiqə sonra Nyu York polisi cənab Rüşdinin bıçaqlı hücum nəticəsində boynundan yaralandığını və onun helikopterlə xəstəxanaya aparıldığını bildirib.

Polisin açıqlamasına görə, Salman Rüşdi ilə yanaşı, bu hücum zamanı hadisə yerində olan bir jurnalist də başından yüngül xəsarət alıb.

Hücumçunun həbs edildiyini deyən Nyu York Ştat Polisi tvitter hesabında yazıb ki, yazıçıya hücumla bağlı araşdırma başlayıb.

Shetkoa İnstitutunun sözçüsü "Reuters" xəbər agentliyinə bildirib ki, onlar hazırda fövqəladə vəziyyətdədirlər və hələlik əlavə təfərrüatlar verə bilmirlər.

Qeyd edək ki, Xomeyni fətvasında təkcə Salman Rüşdini ölümə məhkum etməklə kifayətlənməyib, “Şeytan ayələri” romanının məzmunundan xəbərdar olan bütün naşirlərin öldürülməsini tələb edib vəmüsəlmanlardan onları harada olurlarsa olsunlar, tezliklə öldürmələrini istəyib.

Ruhullah Xomeyni bu fətvanın verilməsindən bir neçə ay sonra vəfat etdi, ancaq onun fətvası qüvvədə qaldı və hətta onun salman Rüşdinin öldürülməsinə görə təyin etdiyi mükafatının simvolik məbləği artırıldı.

Xəbərlər göstərir ki, İran hökuməti “Şeytan ayələri”nin müəllifini öldürən şəxsə 3 milyon dollardan artıq mükafat təyin edib.

Cavidan
 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar