SON XƏBƏRLƏR

Faizə Haşimi: “İslam respublikası sistemi məzmun və möhtəva baxımdan daxildən çöküb”

2021.10.20, 07:36
Faizə Haşimi: “İslam respublikası sistemi məzmun və möhtəva baxımdan daxildən çöküb”

Gunaz.tv

GünAzTV: İran parlamentinin sabiq deputatı, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun keçmiş rəisi Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi, dekabrın 27-də “Müstəqil” qəzetinə müsahibəsində, ölkəyə hakim rejimin sosial bazasını itirməsindən və onun strukturunda əmələ gələn çatlardan danışıb.

 

O bildirib ki, sistem daxildən çöksə də, ölkədə aparılan repressiya siyasətinə görə, güclə də olsa, özünün zahiri simasını qoruyub saxlayır: “İslam respublikası sistemi, məzmun və möhtəva baxımdan daxildən çöküb. Bunu hər yerdə görmək mümkündür. Hərçənd ki, bu çökmə hələlik onun strukturunda  baş verməyib. Bu da ona görədir ki, insanlar, islam respublikasından sonra kimin hakimiyyətə gələcəyindən nigarandırlar.

 

Şəxsən hesab edirəm ki, ölkəyə hakim bu sistem, artıq möhtəva baxımından öz içindən dağılıb. Bircə onun zahiri və fiziki çöküşü qalıb. Çox ehtimal ki, o da baş verəcək. Bütün bunlara baxmayaraq, hazırda hakimiyyətin bünövrəsi hələ də möhkəmdir. Bu isə əsasən, ölkəyə hakim qorxu və dəhşət hissi və atmosferinə görədir.

 

Bu gün, islam respublikası hakimiyyəti 2009-cu ildə olduğu kimi küçəyə axışan etirazçılarla zorakılıqla davranmır. Lakin bununla belə, məhkəmələrdə çoxlu insanlara cinayət işi açılır, insanlar dəstə-dəstə işdən çıxarılır, təhsildən məhrum edilirlər. Hazırda cəmiyyətdə elə bir təbəqə tapmaq olmaz ki, ona mənsub fəallar zindanda olmasınlar. Fəhlə fəallarından tutmuş, müəllimlərə qədər, yük maşınları sürücülərindən tutmuş tələbələrlə ətraf mühit və qadın hüquq müdafiəçilərinə qədər ya həbsdə saxlanılırlar, ya da barələrində çıxarılan həbslə bağlı hökmün icrasını gözləyirlər. Bütün bu təzyiqlər də yuxarıdan tətbiq edilir.

 

Hazırda hara baxırsan, hər yerdə səriştəsizliyin şahidi olursan. Hər şey öz başına buraxılıb. Ölkədə yaşanan problemlərin həlli üçün heç bir tədbir görülmür, görülsə də, vəziyyət yaxşılaşmaq əvəzinə daha da pisləşir. Təəssüflər olsun ki, perspektivdə yaxşılığa doğru heç nə görünmür”.

 

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar