SON XƏBƏRLƏR

Farsdilli mətbuat Amerikada ilk dəfə olaraq senator seçilən güneyli qadını boykot edib

2021.10.20, 07:36
Farsdilli mətbuat Amerikada ilk dəfə olaraq senator seçilən güneyli qadını boykot edib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycandan olan Anna Monhemi (Kaplan) Amerika Birləşmiş Ştatlarında (ABŞ) keçirilən aralıq seçkilərdə qalib gəlib.

 

Nyu Yorkun Demokratlar Partiyası tərəfindən namizədliyi irəli sürülən azərbaycanlı qadın ilk dəfə olaraq senator seçilib.

 

ABŞ-da hüquq üzrə təhsil alan Anna Kaplan Təbriz şəhərində dünyaya gəlib.

 

Anna Kaplanın seçki təbliğatına ABŞ-ın keçmiş prezidenti barak Obama, Nyu Yorkun qubernatoru  Andrew Cuomo və bir çox qadın hüquqları müdafiəçisi olan qurumlar dəstək verib.

 

Farsdilli kütləvi informasiya vasitələri ABŞ-da senator seçilən Anna Kaplanı türk olduğu üçün boykot edib, onun seçkilərdə qələbə qazandığını işıqlandırmayıblar.

 

Aralıq seçkilərində Anna Kaplandan əlavə İrandan olan Anna Eskemani və Zəhra Karinşək də qalib gəliblər.  Farsdilli mətbuat Anna Eskemaninin Florida məclisinin seçkiləri və Nyu York Ştatından olan Zəhra Karinşəkin qələbə xəbərini geniş şəkildə yayıblar.

 

Bu ilk dəfədir ki, bir güney azərbaycanlı Amerikada senator seçilir.

 

ABŞ-da aralıq seçkiləri noyabrın 6-da keçirilib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar