SON XƏBƏRLƏR

Səfir: "Yaponiya Azərbaycanın logistika sahəsinə sərmayələri artıracaq"

2021.10.20, 12:55
Səfir: "Yaponiya Azərbaycanın logistika sahəsinə sərmayələri artıracaq"

Gunaz.tv

Bunu Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada bildirib.

O deyib ki, Azərbaycan hökumətinin sərbəst iqtisadi zonalar yaratmaqla əcnəbi şirkətlər üçün daha geniş imkanlar yaratması bunun üçün əlverişlidir.

“İkitərəfli əməkdaşlığımıza gəlincə, inkişaf məqsədli rəsmi yardım layihələr həyata keçirmişik. Bunlardan “Şimal” buxar-qaz elektrik stansiyası, tibbi avadanlıq almaq üçün qrant verilməsi kimi layihələri qeyd edərdim. Bütövlükdə, Azərbaycanın 56 bölgəsində təhsil, kənd təsərrüfatı, su təchizatı, suvarma kimi sahələrdə Yaponiya hökumətinin maliyyə ayırdığı 268 qrant layihəsi həyata keçirilib”.

Diplomat gələn il ölkədə daha 10-dan çox qrant layihəsi həyata keçiriləcəyini əlavə edib: “Ümidvaram ki, bu layihələr Azərbaycan xalqına kömək olacaq”.

Səfir diqqətə çatdırıb ki, Azərbaycan ilə Yaponiya arasında enerji sektorunun öndə olduğu ikitərəfli iqtisadi əlaqələrin get-gedə inkişaf etməsinə daha bir nümunə "Azəri-Çıraq-Günəşli" layihəsində məhsulun bölüşdürülməsinə dair Yaponiya şirkətlərinin də iştirak etdiyi müqavilənin 2017-ci ilin sentyabrında uzadılmasıdır. (report.az)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar