Səfir: "Azərbaycan indiyədək Ukraynaya 20 milyon dollarlıq humanitar yardım göndərib"

05.07.2022, 09:00

“Şadam ki, növbəti görüşümüz simvolik yerdə - Bakının hava limanında baş tutur. Məhz buradan Azərbaycanın Ukraynaya növbəti humanitar yardımı göndərilir. Dost Azərbaycana, bütün Azərbaycan xalqına Ukraynaya belə mühüm humanitar yardımına görə səmimi-qəlbdən minnətdarlığımı bildirirəm”.

Gunaz.tv Quote | Gunaz article

Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

“Rusiya-Ukrayna müharibəsinin başlanğıcından indiyədək Azərbaycan tərəfindən Ukraynaya 20 milyon ABŞ dolları dəyərində 1,5 min ton vacib humanitar yük çatdırılıb. 

Bu, sadəcə formal jest deyil, Azərbaycan təcavüzkarın hədəfinə çevrilən Ukraynanın dinc sakinlərinə son dərəcə vacib yardım göndərir. Bura müxtəlif dərmanlar, tibbi avadanlıq daxildir. Sevindiricidir ki, Ukraynaya humanitar yardım tədarükü yeni səviyyəyə qalxıb”, - diplomat vurğulayıb.

Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinə qardaşlaşmış şəhəri Çerkassıya yardım göndərdiyinə görə təşəkkürünü bildirib:

“Bu təşəbbüs Azərbaycanın Ukraynaya aktiv şəkildə yardım göndərməyə başlayan digər şəhər və regionlarına nümunə olub. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsl dostluq jestidir. Bilirsiniz ki, dörd aydan çoxdur Ukrayna Rusiyanın hərbi təcavüzünə müqavimət göstərir. Təəssüf ki, düşmən uşaq, qadın və qocaya rəhm etmir. Onlar məqsədyönlü şəkildə Ukraynanın infrastruktur obyektlərini hədəfə alır, dinc sakinlərini qətlə yetirirlər. 

Başa düşürük ki, Kremlin məqsədi sadəcə Ukrayna ərazisinin bir hissəsini ələ keçirmək deyil, bu, Ukrayna millətinin qırımıdır. Məhz buna görə də Ukraynanın hər vətəndaşı başa düşür ki, biz mübarizəni dayandırsaq, Ukrayna dünya xəritəsindən silinə bilər. 

Bu, Ukrayna xalqının soyqırımıdır. Biz Ukrayna və Azərbaycan xalqları arasında dostluğa inanırıq. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq. Biz Ukraynanın qələbəsinə inanırıq. Yaşasın Ukrayna! Yaşasın Azərbaycan! Əgər səhv etmirəmsə, bu 7 ya da 8-ci təyyarədir. Hesabı bir az itirmişəm. Yardım həm yer, həm də hava nəqliyyatı vasitəsilə gerçəkləşdirilir. 

Əsas odur ki, proses mütəmadi şəkildə keçirilir. Çünki müharibə uzandıqca bu yardım da bir o qədər vacib olur”.

Qeyd edək ki, bu gün Azərbaycandan Ukraynaya ümumi çəkisi 45 ton 382 kq olan ərzaq məhsulları, gündəlik tələbat, geyim və ilkin tibbi ləvazimatlardan ibarət növbəti humanitar yardım yola salınacaq. Yardımı Sumqayıt Şəhər İcra Hakimiyyəti təşkil edib..(report.az)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

"Qızıl hisar" zindanında 46 məhbus edam ediləcək

2022-08-10

gun az article

Ceyhun Bayramov: "Ermənistan istəsə də, istəməsə də Naxçıvanla əlaqələr qurulacaq"

2022-08-10

gun az article

CNN: "İrandakı Rusiya nümayəndələri İran pilotsuz təyyarələri ilə işləmək üçün təlim keçiblər"

2022-08-10

gun az article

İranda təqaüdçülər etiraz aksiyası keçirib

2022-08-10

gun az article

İsrail mənbələri: "Rusiya-İran peyki İsrailin və Qərbin maraqlarına zərər vura bilər"

2022-08-10

gun az article

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazanıb

2022-08-09

gun az article

Krımda hərbi aerodromda partlayışlar olub

2022-08-09

gun az article

Ərazi bütövlüyü tam təmin olunacaq - Ceyhun Bayramov

2022-08-09

gun az article

İlham Əliyev Şimali Kipr prezidentini qəbul edib

2022-08-09

gun az article

İslam Oyunlarının təntənəli açılışı oldu

2022-08-09

gun az article

İranda yol qəzalarında ölənlərin yeni statistikası açıqlanıb

2022-08-09

gun az article

QHT BMT qurumuna üzv qəbul olundu

2022-08-09

gun az article

İranda şiddətli quraqlıq xərərdarlığı

2022-08-09

gun az article

"Uşaq qatili olan rejimə dəstək verirlər"-Mirhüseyn Musəvi İran hökumətinin Suriya siyasətinə qarşı çıxdı

2022-08-09

gun az article

Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

2022-08-09

gun az article

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin-Millət vəkili

2022-08-09

gun az article

Rusiya İranın “Xəyyam” peykini orbitə buraxıb

2022-08-09

gun az article

İranda bəhailərin təhsilinə imkan verilmir

2022-08-09

gun az article

ATƏT-in baş katibi: "Türkiyə Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə töhfə verir"

2022-08-09

gun az article

İranda daha bir işçi intihar etdi

2022-08-09