SON XƏBƏRLƏR

Əfqanıstan vətəndaşı İranda 10 nəfəri öldürüb

2022.08.08, 07:58
Əfqanıstan vətəndaşı İranda 10 nəfəri öldürüb

Gunaz.tv

"Üntexab" xəbər saytının yazdığına görə, Əfqanıstan vətəndaşı qətl hadisəsini soyuq silahla şəxsi münaqişə zamanı törədib.

Kimliyi açıqlanmayan əfqanıstanlının hadisədən sonra Kirman əyalətindən qaçmaq istəyən zaman saxlanıldığı bildirilir.

Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

Polis qüvvələri və bir sıra radikal qruplar tərəfindən təhqir olunan Əfqanıstan vətəndaşları ilə iranlılar arasında münaqişələr baş verir.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar