Bu barədə Taliban hökuməti məlumat yayıb.
Məlumatda bildirilir ki, saxlanılan şəxs real dəyəri 170 milyon dollar olan balonu 35 milyon dollara İran İnqilab keşikçiləri Korpusuna (SEPAH) satmaq istəyirmiş.
Həbs olunan şəxsin adı çəkilmir.
Lakin onun Ərzəqan vilayətindən olduğu və mürəkkəb əməliyyat nəticəsində Qəndihar şəhərində həbs edildiyi bildirilib.
Əfqanıstan mediası Talibana istinadla bildirib ki, balon 24 saat ərzində təxminən 550 kilometr ərazini əhatə edə bilən "Jelns" tiplidir və əsas məqsədi qanadlı raketləri, pilotsuz təyyarələri və hərbi təyyarələri aşkar etməkdir.
Cavidan