SON XƏBƏRLƏR

Əfqanıstan qaçqınları İrandan deportasiya edilir

2022.05.04, 08:51
Əfqanıstan qaçqınları İrandan deportasiya edilir

Gunaz.tv

İmmiqrasiya Agentliyinin Əfqanıstan üzrə direktor müavini Eşli Karl “Associated Press” agentliyinə bildirib ki, bu ilin ilk üç ayında əfqan qaçqınların İrandan deportasiyası 60 faiz artıb və 250 minə yaxın qaçqın Əfqanıstana qaytarılıb.

O, bu qaçqınların çoxunun gömrük keçid məntəqələrinin bağlı olduğu üçün həyatlarını təhlükəyə ataraq qaçaq yollarla İrana mühacirət etdiklərini deyib.

Qeyd edək ki, son aylar İran hökumətinin əfqanıstanlı qaçqınlara qarşı qeyri-insani davranışlarını əks etdirən çox sayda video və xəbərlər yayılıb.

İran rəsmilərinin bunu təkzib etmələrinə baxmayaraq, qaçqınlara qarşı ədalətsiz və aşağılayıcı hərəkətlər bu ölkə ilə Taliban hakimiyyəti arasında münasibətlərin gərginləşməsinə səbəb olub. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar