SON XƏBƏRLƏR

Fransa İranda iki yeniyetmənin edam edilməsini qınayıb

2021.10.20, 07:36
Fransa İranda iki yeniyetmənin edam edilməsini qınayıb

Gunaz.tv

GünAz TV: Fransa hökuməti İranın cinayət törətdikləri zaman azyaşlı olan iki yeniyetməni elan etməsini kəskin pisləyib.

 

Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda Şayan Səidpur və Məcid İsmayılzadəni edam etməklə, rəsmi Tehranın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri pozduğunu bəyan edib.

 

Rəsmi Paris həmçinin bildirib ki, bu addım Uşaq Hüquqları Konvensiyasının pozulması da hesab edilir.

 

Bundan öncə Birləşmiş Millətlər Təşkilatının insan haqları müvəkkili Mişel Baçelet də həmin iki yeniyetmənin 4 gün içərisində edam edilməsini kəskin pisləmişdi.

 

Amnesty İnternational isə məsələ ilə əlaqədar yaydığı bəyanatda hər iki edamı kinli və zalım addım adlandırmıışdı.

 

Xatırladaq ki, İran rejimi cinayət törədərkən uşaq yaşlarında olan Məcid İsmayılzadəni aprelin 18-də Ərdəbil həbsxanasında, Şayan Səidpuru isə aprelin 21-də Saqqız şəhər həbsxanasında edam etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar