SON XƏBƏRLƏR

Futzal yarışı türklərin ünvanına səsləndirilən irqçi şüarlara görə dayandırılıb - Qum şəhərində / VİDEO

2021.10.20, 07:36
Futzal yarışı türklərin ünvanına səsləndirilən irqçi şüarlara görə dayandırılıb - Qum şəhərində / VİDEO

Gunaz.tv

GünAz TV: Qumun “Sohan” və Vərziğanın “Süngün misi” komandalarının futzal yarışı türklərin ünvanına səsləndirilən irqçi şüarlara görə bir neçə dəqiqəlik dayandırılıb.

 

Görüş dekabrın 15-də futzal super liqa yarışlarının 20-ci həftəsində Qum şəhərində baş tutub. Oyun zamanı Qum komandasının tərəfdarları türklərin əleyhinə təhqiramiz hərəkətlərə yol verib və bir çox şüarlar səsləndiriblər. Onlar öncədən planlaşdırılmış şəkildə Vərziğan komandası və türkləri hətta küçə soyuşləri ilə təhqir etməyə çalışıblar. İş o həddə şatıb ki, hakim oyunu bir neçə dəqiqəlik saxlamalı olub.

 

Oyun 5:6 hesabı ilə Azərbaycan komandasının xeyirinə yekunlaşıb. “Süngün misi” komandası hazırda 47 xalla turnir cədvəlinin ikinci pilləsindədir.

 

İranda əksər idman stadionlarında türklər sistemli şəkildə təhqirlərə məruz qalır. Səlahiyyətli orqanlar bu günə qədər baş verən hadisələrə səssiz qalıb. Ötən il Beynəlxalq Futbol Federasiyası – FİFA İranda idman yarışlarında türklərin təhqir edilməsi ilə bağlı hesabat yayaraq iranlı məsullara xəbərdarlıq etmişdir.

 

https://www.youtube.com/watch?time_continue=36&v=k_CLY7hqmWo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar