SON XƏBƏRLƏR

BMT güneyli alimlə bağlı İran hökumətinə müraciət edib

2022.05.18, 04:58
BMT güneyli alimlə bağlı İran hökumətinə müraciət edib

Gunaz.tv

Bundan öncə Avropa Birliyinin nümayəndəsi Enrike Mora mayın 13-də Tehrana səfəri zamanı eyni istəklə çıxış etmiş və Tehran hökumətindən alimin azadlığa buraxmağı istəmişdi.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə isə müraciətlərə cavab olaraq Cəlalinin ağır cinayətdə ittiham olunduğunu deyib.

“Cəlalinin cinayət işi təhlükəsizliklə bağlıdır. O, Avropa ölkələrindən birinin dəstəyi ilə ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət edib və nüvə alimlərinin həyatlarının itirilməsinə səbəb olub”-deyə, Xətibzadə iddia edib.

O, buna baxmayaraq alimin edam hökmünün icrasının başqa bir vaxta təyin olunması yönündə məsləhətləşmələr aparıldığını söyləyib.

Qeyd edək ki, Əhmədrza Cəlali əslən güney azərbaycanlıdır və 2016-cı ildə İsveçdən İrana elmi konfransa səfər etdiyi zaman həbs olunub. 

Tehran İnqilab Məhkəməsi 2017-ci ilin sentyabr ayında Cəlalini “İsrailə casusluq” ittihamı ilə edama məhkum edib. Qərar daha sonra İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub. 

Mayın 4-də İran mediası edama məhkum olunan və hazırda Evin zindanında saxlanılan Əhmədrza Cəlalinin yaxın günlərdə edam ediləcəyini yazıb. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar