SON XƏBƏRLƏR

Zəngan zindanında 45 yaşlı məhkum dar ağacından asılıb

2022.03.04, 05:25
Zəngan zindanında 45 yaşlı məhkum dar ağacından asılıb

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. 

Murad Salehbəy adlı məhkumun əslən Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olduğu və bundan öncə adam öldürmə ittihamı ilə edam cəzasına məhkum edildiyi bildirilir.

İki uşaq atası olan Murad Salehbəy 5 il öncədən Zəngan zindanında saxlanıldığı və edam hökmünün icrasında öncə 74 şallaq zərbəsi vurulduğu qeyd olunub.

İndiyə kimi İran rəsmiləri və məhkəmə sisteminin başçıları azərbaycanlı məhkumun edam xəbərini təsdiq etməyiblər.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının fevral ayına olan hesabatında son bir ayda İranda 23 məhkumun edam edildiyi yazılıb.

Birləşmiş Millətlər Təşkilatı (BMT) bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi. 

İnsan haqları təşkilatlarının məlumatına görə, İranda edamların faktiki sayı İran hökumətinin açıqladığı rəqəmlərdən daha çoxdur.

İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar