SON XƏBƏRLƏR

Agentlik: "İranda zənginləşdirilmiş uranın miqdarı icazə verilən həddən 19 dəfə çoxdur"

2022.09.08, 04:56
Agentlik: "İranda zənginləşdirilmiş uranın miqdarı icazə verilən həddən 19 dəfə çoxdur"

Gunaz.tv

Qurum dəfələrlə İrandan nüvə fəaliyyətləri barədə məlumat vermədiyi Mərivan, Turquzabad və Vəramində tapılan uran hissəciklərinin mənşəyini izah etməyi istəyib.

Beynəlxalq Atom Enerjisi Agentliyin başçısı Rafael Qrossi yeni hesabatında bildirib ki, belə bir şəraitdə bu beynəlxalq təşkilat İranın nüvə proqramının sülhməqsədli olmasını təsdiq etməyə qadir deyil.

Agentliyin hesabatında deyilir ki, İranın uran ehtiyatları icazə verilən həddin 19 misli və 60% zənginləşdirilmiş uranın həcmi isə 4 dəfə artıb.

Məsələ ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyin Qəyyumlar Şurasının sentyabrın 12-də iclası planlaşdırılır.

Şura iyun ayında keçirdiyi son iclasda İranı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri ilə əməkdaşlıq etməməkdə günahlandırıb.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar