SON XƏBƏRLƏR

Gilanda baş verən avtomobil qəzasında 4 nəfər ölüb

2021.10.20, 07:36
Gilanda baş verən avtomobil qəzasında 4 nəfər ölüb

Gunaz.tv

GünazTV: İranın Gilan əyalətində baş verən avtomobil qəzasında 4 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb.

 

Bu barədə, İranın Təcilli Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi jurnalistlərə açıqlamasında məlumat verib.

 

Xalidi bildirib ki, hadisə aprelin 16-sı sübh saat 05:22 radələrində Məncil-Rudbar istiqamətində baş verib: “Təəssüflər olsun ki, yüksək sürətlə qarşı-qarşıya gələn iki minik avtomobili bir-biri ilə toqquşub. Hadisə nəticəsində hər iki avtomobildə olan 4 sərnişin yerindəcə həlak olub, 2 nəfər isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib. Hadisənin detalları araşdırılır” -deyə, İranın Təcilli Tibbi Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bəyan edib.

 

Qeyd edək ki, İranda koronavirusun yayılmasından sonra Gilan əyaləti əhalinin ən çox səfər etdiyi əyalətlərdən biri sayılır. Nəticədə, İranda “Covid-19” infeksiyasının ən çox yayıldığı əyalətlərdən biri də məhz Gilan əyalətidir.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar