SON XƏBƏRLƏR

Güney Azərbaycanlı fəallar İran həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbusların azadlığı üçün imza kampaniyası başladıb

2021.10.20, 07:36
Güney Azərbaycanlı fəallar İran həbsxanalarında saxlanılan azərbaycanlı siyasi məhbusların azadlığı üçün imza kampaniyası başladıb

Gunaz.tv

GünAz TV: Koronavirus infeksiyasının İran həbsxanalarında yayılması ilə əlaqədar dərc olunan xəbərlərdən sonra, Güney azərbaycanlı fəallar həbsdə olan azərbaycanlı siyasi məhbusların azadlığa ilə bağlı imza kampaniyası başladıb.

 

 

Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin (ƏRK) təşəbbüsü ilə başladılan kampaniya Birləşmiş Millətlər Təşkilatının İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhmana ünvanlanan məktubu imza üçün başladılıb. (Məktubu buradan imzalaya bilərsiniz)

 

Məktubda koronavirus infeksiyasının İran həbsxanalarında yayılması barədə xəbərdarlıq edilərək güney azərbaycanlı siyasi məhbusların saxlanılma şəraiti haqda məlumat verilib, onların müvəqqəti sərbəst buraxılması tələb olunub.

 

Sözügedən məktubda Ərdəbil zindanında saxlanılan fəallar Abbas Lisani, Mojqan Siyami və Yusif Kari, Rəcayişəhr zindanında məhbus həyatı yaşayan Lətif Həsəni, Tehranın Evin zindanında həbs edilən Tovhid Əmin Əmini, Kazım Səfabəxş, Cəfər Rüstəmirad, Əlirza Fərşi, Ehsan Şokrxodayi və Zeynəb Həmrəng, Marağa zindanında saxlanılan Əkbər Əzizi, Urmiya zindanında saxlanılan Məlihə Bərqi Sadiqyani, eləcə də Təbriz həbsxanasında məhbus həyatı yaşayan Əmir Vəlizadə, Əmir Səttari və Məhəmməd Əbdulməhəmmədzadənin koronavirusa yoluxma təhlükəsi ilə üz-üzə qaldığına diqqət çəkilib.

 

Keçən günlərdə Ümumdünya Səhiyyə Təşkilatı rəsmilərinin koronavirusla mübarizəyə nəzarət və bu sahədə əməkdaşlıq etmək məqsədi ilə İrana getdiklərindən sonra, azərbaycanlı fəallar təşkilatın məsullarına məktub ünvanlayaraq təşkilatdan məhbusların canını qorumaq və onlara məzuniyyət verilməsi üçün İran hakimiyyətinə təzyiq göstərməsini tələb etmişdilər.

 

Ü.F 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar