SON XƏBƏRLƏR

Güney azərbaycanlı fəallar mühəndis Siyamək Mirzayinin görüşünə gedib – Tehranda

2021.10.20, 07:36
Güney azərbaycanlı fəallar mühəndis Siyamək Mirzayinin görüşünə gedib – Tehranda

Gunaz.tv

GünAz TV: Tehran sakini olan güney azərbaycanlı milli-mədəni fəallar Siyamək Mirzayi məzuniyyətdən qayıtdığı zaman onun görüşünə gediblər.

 

Fəallar noyabrın 6-da onunla Tehranda görüşüb.

 

Tehranın Evin zindanında həbs müddətini başa vurduqdan sonra iyulun 28-dən Qain şəhərinə sürgünə göndərilən güney azərbaycanlı fəal S.Mirzayi saxlandığından 40 ay sonra ilk dəfədir məzuniyyətə buraxılıb.

 

Oktyabrın 28-də Ərdəbil şəhərinə gələn S.Mirzayi çox sayda azərbaycanlı milli-mədəni fəal tərəfindən qarşılanmışdır, o sonra ailəsinin yaşadığı Muğan şəhərinə getmişdir.

 

39 yaşlı azərbaycanlı şair və yazıçı S.Mirzayi bundan əvvəl də Güney Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs cəzasına məhkum edilib və müxtəlif təzyiqlərə məruz qalıb. Azərbaycanlı fəal ötən illərdə ali təhsilin yüksək lisans səviyyəsinə qəbul imtahanını müvəffəqiyyətlə keçməsinə baxmayaraq universitetə buraxılmayıb, onun təhsilinin davamına qadağa qoyulub. O bir neçə il əvvəl başqa bir dosyeyə görə 5 il həbs cəzasına məhkum edilib.

 

S.Mirzayi 2016-cı il iyun ayında Ərdəbilə yaxın Parsabad şəhərində tutulub. O, əvvəlcə yerli ETTELAAT İdarəsinə, sonradan isə Tehranın Evin zindanının 209-cu korpusuna intiqal edilib. Azərbaycanlı fəal öncə Tehranın Baharistan İnqilab Məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyini pozmaq məqsədi ilə qanunsuz qrup yaratmaq kimi qondarma ittihamla 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum etmişdir.

Fəal yeni saxlandığı zaman 4 ay müddətinə təknəfərlik kamerada işgəncələr altında sorğu-suala tutulub.

 

S.Mirzayi iyunun 26-da, məhkumluq müddətinin başa çatmasına 2 gün qalmış Evin Zindanı Məhkəməsinin 6-cı şöbəsində mühakimə olundu. Bundan sonra “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə üzləşən fəal zindanın 209-cu korpusuna intiqal edilmişdir. Fəal həbs müddətindən 1 ay artıq saxlanıldı, o bir ayın 20 gününü Evin zindanının 209-cuu bölümündə keçirdi. Fəal bu müddətdə azadlığa buraxılmamasına etiraz olaraq aclıq etmişdir.

Nəhayət ki, o bir çox manelərdən sonra mülki vəsiqə qarşılığında müvəqqəti olaraq Evin zindanından azad edildi və iyulun 28-də məhkəmənin qərarı ilə Cənubi Xorasan Əyalətində yerləşən Qain şəhərinə sürgünə göndərildi. Fəal əvvəlki hökmə görə Təbəs şəhərinə sürgün edilməli idi, lakin həbsxanadan buraxıldıqdan sonra Baharistan məhkəməsi onun Qain şəhərinə sürgün edilməsi barədə qərar qəbul etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar