SON XƏBƏRLƏR

Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi saxlanılıb

2021.10.20, 07:36
Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Tehranda  saxlanılıb.

 

Fəal yanvarın 8-ı günortadan sonra mülki geyimli şəxslər tərəfindən öz iş yerində yaxalanıb.

 

Onun hansı səbəbdən saxlandığı barədə yaxınlarına heç bir məlumat verilməyib.

 

Əlirza Fərşi 2014-cü ildə Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 15 il həbs və 2 il Xuzistan Əyalətinə sürgünə məhkum edilib.

 

Beynəlxalq Əfv Təşkilatı ötən aylarda bəyanat yayaraq azərbaycanlı fəal barəsində çıxarılan ağır məhkəmə hökmünün ləğv edilməsini tələb etmişdir.

 

Əlirza Fərşi və onunla birlikdə yaxalanan digər 3 güney azərbaycanlı fəalın apellyasiya şikayətinə 2019-cu il dekabrın 23-də Tehran Apellyasiya Məhkəməsinin 54-cü şöbəsində baxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar