SON XƏBƏRLƏR

Güney azərbaycanlı tanınmış şair ustad “Katib oğlu” vəfat edib

2021.10.20, 07:36
Güney azərbaycanlı tanınmış şair ustad “Katib oğlu” vəfat edib

Gunaz.tv

GünAz TV: Urmiyanın tanınmış azərbaycanlı şairlərindən olan , Azərbaycan Milli Hərəkatının fəalı Fars Təyyar Quluncu vəfat edib.

 

“Katib oğlu” adı ilə tanınan şairin uzun müddətdir xərçəng xəsyəliyindən əziyyət çəkdiyi bildirilir.

 

“Könüldən dilə” şeir toplusunun müəllifi olan Təyyar Quluncu mərhum “Dədə katib”in oğludur.

 

Mərhum şairdən çoxlu şeir əsərləri qaldığı, onun şeirlərinin yerli aşıqlar tərəfindən istifadə olunduğu bildirilir.

 

“Katib oğlu” 1964-cü il iyulun 26-da Urmiyanın Quluncu kəndində dünyaya göz açıb. Türk ədəbiyyatını uşaq yaşlarında atasından öyrənən şair ustadı olan atasına hörmət olaraq uzun müddət yazdığı şeirləri üzə çıxarmayıb.

 

Orta məktəbi doğulduğu Urmiya şəhərində başa vuran azərbaycanlı fəal ali təhsilini Bakıda davam etdirib. O universitetdə Azərbaycan türkcəsi və ədəbiyyatı ixtisası üzrə təhsil alıb.

 

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar