SON XƏBƏRLƏR

Güney azərbaycanlı yazıçı və şair Əli Təbrizlinin anım mərasimi keçirilib – Ankarada / GÖRÜNTÜ

2021.10.20, 07:36
Güney azərbaycanlı yazıçı və şair Əli Təbrizlinin anım mərasimi keçirilib – Ankarada / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türkiyə paytaxtı Ankarada tanınmış güney azərbaycanlı yazıçı, tənqidçi-şair və araşdırmaçı Əli Təbrizlinin vəfatının 22-ci ildönümü ilə bağlı panel keçirilib.

 

Azərbaycan Kültürr Dərnəyi və Azərbaycan Milli Hərəkatının bir qrup fəalının təşəbbüsü ilə keçirilən anım mərasimi fevralın 1-də Azərbaycan Kültür Dərnəyinin Ankaradakı qərargahında baş tutub.

 

GAMAC Təşkilatının rəsmi saytında yayılan məlumata görə, mərasimdə Cəmil Ünal (Azərbaycan Kültür Dərnəyinin rəisi), Dr. Yakub Öməroğlu (Avrasiya Yazarlar Birliyinin gənəl başqanı), Prof. Dr. Nəsib Nəsibli (Ankara Universitetinin elmi heyətinin üzvü), Dr. Kərim Əsğəri (Güney Azərbaycan Milli Hərəkatının fəalı) və Cəlal Rövşən (araşdırmaçı yazar və siyasi fəal) geniş məruzə ilə çıxış ediblər.

 

Əli Təbrizli və onun türkçülük düşüncəsi mövzusu ətrafında danışan çıxışçılar Güney Azərbaycan türkləri və İran coğrafiyasında yaşayan digər türk xalqlarının problemlərinə də toxunublar.

 

Panelin sonunda Dr. Yakub Öməroğlu, Əli Təbrizlinin məşhur “Dil və Ədəbiyyat” kitabının Türkiyədə nəşr olunacağına söz verib.

 

Əli Təbrizli 1929-cu il iyunun 25-də Təbriz şəhərində dünyaya göz açıb, o 1998-ci il fevralın 2-də Tehranda vəfat edib. Tanınmış alim vəsiyyətinə əsasən doğulduğu Təbriz şəhərinin Vadi-Rəhməd qəbiristanlığında dəfn olunub.

 

15 yaşında Tehrana köçən Əli Təbrizli uzun müddət cəhddən sonra yaşadığı şəhərdə Atropat Nəşr Evini təsis etmişdir.

Əli Təbrizlidən şeir, tarix və roman sahəsində 12 qiymətli kitab yadigar qalıb.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar