SON XƏBƏRLƏR

Güneyli mədəni fəallardan zindan məsulları tərəfindən döyülən Əmir Səttari haqda Məhkəmə Sisteminin rəisinə açıq məktub

2021.10.20, 07:36
Güneyli mədəni fəallardan zindan məsulları tərəfindən döyülən Əmir Səttari haqda Məhkəmə Sisteminin rəisinə açıq məktub

Gunaz.tv

GünAz TV: Bir qrup güney azərbaycanlı milli-mədəni fəal Təbrizin mərkəzi zindanında saxlanılan güney azərbaycanlı fəal Əmir Səttarinin vəziyyəti haqda İran Məhkəmə Sisteminin rəisi İbrahim Rəisiyə açıq məktub ünvanlayıb.

 

Məktub azərbaycanlı fəal iyunun 16-da, aclıq aksiyasının 7-ci günündə həbsxana məsulları tərəfindən vəhşicəsində  döyüldükdən sonra yazılıb.

 

“Sizin məhkəmə proseslərində dəyişikliklə bağlı zahirdə verdiyiniz tövsiyyələrə rəğmən vəziyyət olduğu kimi qalır. Bu gün ədalətə riayət olunmadığı üçün həbsxanada saxlanılan bir məhbus canını təhlükəyə ataraq aclıq aksiyası keçirir, həmin məhbus hayasızcasına döyülür və işgəncə olunur.

Əmirəlmöminin Əlini özünə mevla seçən islam və şiə camiəsində, onun öz qatili ilə mehriban olmaqla bağlı çağırışını siz din xadimləri təbliğ edir və işlərinizdə nümunə götürdüyünüzü bildirirsiniz. Bəs necə olur ki, zindanda hər yerdən əli üzülmüş bir insan döyülür?!

Yalan ittihamlarla həbs edilən Əmir Səttari məhkəmənin ədalətsiz qərarı və təhlükəsizlik orqanlarının dosyesinə etdiyi müdaxiləyə etiraz olaraq aclıq aksiyası keçirməyə məcbur olub.

Biz bir qrup azərbaycanlı milli-mədəni fəal Əmir Səttarini döyən Təbriz zindanı məsullarının bu çirkin əməlini  kəskin şəkildə pisləyir, onların cəzalandırılmasını tələb edir və Əmir Səttarinin dosyesinə yenidən baxılmasını istəyirik. Şübhəsiz ki, bu açıq məktubdan sonra hərhansı xoşagəlməz hadisə baş verəcəyi təqdirdə məhkəmə sisteminin rəisi və digər səlahiyyətli şəxslər məsuliyyət daşıyacaq.”- deyə məktubun bir hissəsində qeyd olunub.

 

Əmir Səttari iyunun 10-dan aclıq aksiyası keçirir. Fəal “dosyesində olan iradlar və məhkəmə prosesinin ləngiməsi”nə etiraz olaraq aclıq etdiyini deyib. O dosyesindəki iradları təhlükəsizlik orqanlarının qanunsuz müdaxiləsi nəticəsində əmələ gəldiyini bildirib. Azərbaycanlı fəal zindanın xüsusi bölümünə köçürüldükdən sonra iyunun 16-da, aclıq aksiyasının 7-ci gününə təhdid edilib və döyülərək təknəfərlik kameraya aparılıb. Bu məsələ Güney Azərbaycanda bir çox etirazlara səbəb olub.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar