SON XƏBƏRLƏR

Gürcüstan Rusiyanın ÜTT-yə daxil olmasına imkan verməyəcək – Gürcüstanın iqtisadiyyat naziri

2021.10.20, 07:36
Gürcüstan Rusiyanın ÜTT-yə daxil olmasına imkan verməyəcək – Gürcüstanın iqtisadiyyat naziri

Gunaz.tv
Gürcüstan Rusiyanın ÜTT-yə daxil olmasına imkan verməyəcək – Gürcüstanın iqtisadiyyat naziri Gürcüstan, Tbilisi, 17 iyun / Trend , müxbir N. Kirtsxaliya/ Rusiyanın ÜTT-yə daxil olması üzrə Gürcüstan-Rusiya məsləhətləşmələri yalnız Vladimir Putinin Gürcüstanın separatçı regionları ilə xüsusi münasibətlərin qurulması barədə 16 aprel tarixli qərarının ləğvindən sonra barpa oluna bilər. Bu barədə jurnalistlərə Gürcüstanın iqtisadiyyat naziri Yekaterina Şaraşidze bildirib. Putinin RF prezidenti olduğu dövrdə qəbul etdiyi qərara müvafiq olaraq, Rusiya Abxaziya və Cənubi Osetiya ilə birbaşa ticari və iqtisadi münasibətlər qurur. «Gürcüstan tərəfi öz mövqeyini dəyişmək niyyətində deyil, biz bu qərarın ləğvini, sonra isə Gürcüstan-Rusiya sərhədlərinin Abxaziya və Cənubi Osetiya məntəqələrində nəzarət-buraxılış məntəqələrinin leqallaşdırılmasına dair şərtlərin yerinə yetirilməsini tələb edirik», - deyə nazir bildirib. Dünən Cenevrədə Rusiya Federasiyasının ÜTT-yə daxil olması üzrə çoxtərəfli məsləhətləşmələr başlayıb. Gürcüstan bu prosesin qarşısını alır. Gürcüstanın İqtisadiyyat Nazirliyinin nümayəndəsi müşahidəçi qismində Cenevrədədir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar