SON XƏBƏRLƏR

Əhərdə Şeyx Şəhabəddin abidəsinə qarşı laqeydlik etirazlara səbəb olub-VİDEO

2022.03.24, 05:15
Əhərdə Şeyx Şəhabəddin abidəsinə qarşı laqeydlik etirazlara səbəb olub-VİDEO

Gunaz.tv

Milli fəallar bununla bağlı video yayıblar.

Tarixi abidənin həyətində saxlanılan neçə yüz illik daş kitabələrin və qəbir daşlarının sıradan çıxmaq üzrə olduğunu deyən sosial media fəalı bunu Azərbaycan tarixi və mədəniyyətinə qarşı sayğısızlıq olduğunu bildirir.

“Demək olar ki, İranın 80% şəhərlərini gəzmişəm, ancaq Şiraz, İsfahan, Yəzd və başqa bu kimi şəhərərdə tarixi abidə və əsərlərə qarşı belə laqeydlik görməmişəm”-deyə, güneyli fəal 750 illik tarixi keçmişi olan Şeyx Şəhabəddin abidəsinə qarşı ögey münasibətdən gileylənir. 

Qeyd edək ki, 1180-1265-cı illər arası yaşayan Şeyx Şəhabəddin Mahmud Əhəri  Azərbaycanın tanınmış ariflərindəndir və “Şəhabiyyə” təriqətinin yaradıcısı sayılmaqla yanaşı, Səfəvi dövlətini yaradacaq Səfəvi sülaləsinin banisi Şeyx Səfiəddinin müəllimi olub.

 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar